“Toyota” 15 milyard dollardan çox dəyər itirib

17:30 - 10.06.2024


10 iyun, Fineko/abc.az. “Toyota Motor”un Tokio Birjasında bazar kapitallaşması keçən həftə 5%-dən çox və ya təxminən 15.5 milyard dollar azalıb.

Səbəb – avtomobil istehsalçısının bəzi modelləri üçün müəyyən edilmiş piyadaların mühafizəsi testlərinin saxtalaşdırılması olub, buna görə də korporasiya istehsal olunan avtomobillərin ümumi sayının demək olar ki, 1%-ni geri çağırmaq məcburiyyətində qalıb. 

ABC.AZ xəbər verir ki, genişmiqyaslı yoxlamanın nəticələrinə əsasən, “Honda”, “Suzuki” və “Yamaha” da daxil olmaqla, digər avtomobil konserniləri tərəfindən sertifikatlaşdırma qaydalarının pozulması hallarını aşkarlanıb. Ötən həftə “Honda” qiymətləri 5.75%, “Yamaha” – 2.2%, “Suzuki” isə 0.3% düşüb.

İyunun 3-də araşdırmanın nəticələrinin açıqlanmasından sonra “Toyota” hazırda Yaponiyada istehsal olunan üç modelin (“Corolla Fielder”, “Corolla Axio” və “Yaris Cross”) tədarükünün və satışının dayandırıldığını elan edib. Şirkətin sədri Akio Toyoda müştərilərdən və səhmdarlardan üzr istəyib.