Ermənistan parlamenti iyunun 17-də hökumətin istefası layihəsini müzakirə edəcək

10:56 - 11.06.2024


11 iyun, Fineko / abc.az. Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan iyunun 17-də parlamentin növbədənkənar iclasının çağırılmasına göstəriş verib.

ABC.AZ xəbər verir ki, iclasın gündəliyinə hökumətin istefası və yeni Nazirlər Kabinetinin formalaşdırılması zərurəti ilə bağlı layihə daxil ediləcək. Təlimat qanunverici orqanın saytında dərc olunub. Bazar günü axşam "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, müxalifət parlamentdə baş nazir Nikol Paşinyanın impiçmenti prosesi başlanacaq. İyunun 12-də günortadan sonra Qalstanyan tərəfdarlarını Yerevanda parlament binası qarşısında toplaşmağa çağırıb.