Dünyada dollar milyonçuları artıb -Ən çox Amerikadadılar  

11:17 - 11.06.2024


11 iyun Fineko/abc.az. Dünyadakı bütün dollar milyonçularının ümumi sərvəti 2023-cü ilin sonunda 4.7% artıb. ABC.AZ xəbər verir ki, bu barədə “World Wealth Report”un illik hesabatında qeyd edilib.

Hesabata əsasən bu insanların ümumi kapitalı rekord həddə – 86.79 trilyon dollara çatıb. Eyni zamanda, dollar milyonçularının sərvəti ən çox Şimali Amerikada artıb. Müvafiq göstərici 7.2% artaraq 27.5 trilyon dollar təşkil edib.

Reytinqdə ikinci yeri Asiyadan olan varlılar tutub, onların məcmu kapitalı 4.2% artaraq 25.7 trilyon dollara çatıb.

Avropada dollar milyonerlərinin ümumi sərvəti ötən ilin sonunda 18.9 trilyon dollar təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 3.9% çoxdur.