Azərbaycan Türkiyəyə qaz tədarükçüləri arasında ikinci yeri tutub

11:45 - 11.06.2024


11 iyun, Fineko/abc.az. 2023-cü ildə Türkiyəyə qaz tədarükünün ümumi həcmində Azərbaycanın payı 20,32% təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin enerji bazarının tənzimlənməsi Şurasının (EPDK) 2023-cü ilin yekunlarına dair hesabatında deyilir.

2023-cü ildə Azərbaycandan Türkiyəyə qaz tədarükü 10,257 milyard kubmetr təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 17,8% çoxdur.
Şuranın məlumatına görə, 2023-cü ilin yekunlarına görə, Azərbaycan ilk üçlüyə daxil olub və Türkiyəyə təbii qaz tədarükçüləri arasında ikinci yeri tutub. Birinci yerdə Rusiya (2023 - cü ildə Türkiyəyə qaz tədarükünün ümumi həcmində xüsusi çəkisi 42,27 %), üçüncü yerdə Əlcəzair (11,86%) qərarlaşıb.