Bakıda daha bir dönərxanada bağırsaq çöpü aşkarlandı - Fəaliyyəti dayandırıldı

11:59 - 11.06.2024


11 iyun Fineko/abc.az.  Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 70 və Rüstəm Rüstəmov küçəsi, ev 29 küçələrinin kəsişməsində fəaliyyət “1inci Dönər” ictimai iaşə müəssisəsində monitorinq keçirilib.

ABC.AZ AQTA-ya istinadən xəbər verir ki, monitorinq zamanı qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.

Monitorinq zamanı götürülmüş məhsulların Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində toyuq əti dönərində insan sağlamlığı üçün təhlükəli hesab olunan bağırsaq çöpü aşkarlanıb və müəssisənin fəaliyyəti dayandırılıb.