Bu sığorta növünə maraq 61 faiz artıb

12:15 - 11.06.2024


11 iyun Fineko/abc.az.  Azərbaycanda cari ilin 4 ayı üzrə peşə məsuliyyətinin könüllü sığortası üzrə yığımların və ödənişlərin həcmi məlum olub.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 182 min manat təşkil edib. 

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 449 min manat və ya 61% çoxdur. 2023-ci ilin yanvar-aprel aylarında bu göstərici 733 min manat təşkil edib.

Bu dövrdə bu növ sığorta ödənişləri olmayıb.