2030-cu ilə qədər Səudiyyə Ərəbistanının turizm sənayesinə 800 milyard dollar ayrılacaq

14:17 - 11.06.2024


11 iyun, Fineko/abc.az. Ər-Riyadın ev sahibliyi hüququnu qazandığı 2030 World Expo beynəlxalq sərgisi ərəfəsində ölkəyə 150 milyon beynəlxalq qonaq cəlb olunduğu deyilir.

ABC.AZ xəbər verir ki, rəsmi statistikaya görə, ölkə 2021-ci ildə 10 milyon, 2022-ci ildə 16,5 milyon, 2023-cü ildə 27,4 milyon turist qəbul edib və bu rəqəmlər artacaq.

Səudiyyə Ərəbistanının Amerika, Avropa, Rusiya və MDB üzrə Turizm İdarəsinin prezidenti Həzim Əlhazminin sözlərinə görə, ölkənin turizm sənayesinə 2030-cu ilə qədər təxminən 800 milyard dollar sərmayə qoyulacaq. Krallıqda Hilton, Marriott, Accor və InterContinental kimi beynəlxalq otel şəbəkələri işə salınır. Yerli tədbir təqvimi də genişdir. Təkcə son bir ildə ölkədə ən böyük idman və musiqi tədbirləri, o cümlədən "Formula 1" mərhələsi, futbol üzrə Dünya Çempionatı, eləcə də yalnız bir həftə sonu 700 mindən çox insan toplayan XP Music elektron musiqi festivalı təşkil olunmuşdur.