Mərkəzi Dəmiryol Xəstəxanası bağlanır?

15:11 - 11.06.2024


11 iyun, Fineko/abc.az. Azərbaycan Dövlət Dəmir Yolu Mərkəzi Dəmiryol Xəstəxanası ləğv olunduğunu elan edir.

ABC.AZ xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini 1117 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsi ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Mərkəzi Dəmiryol Xəstəxanası 1996-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 7 857 336 manatdır və qanuni təmsilçisi Müşfiq Mirzəyevdir.