Abbas İbrahimov: ABB Qrup 380 mln. manat xalis mənfəət əldə edib

16:11 - 11.06.2024


11 iyun, Fineko/abc.az. Gələcəkdə proqnoz olaraq mənfəətliyimizin yüksəlməsi nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.  

O bildirib ki, son ildə ABB Qrup olaraq beynəlxalq mühasibatlıq uçotuna görə 380 milyon manat xalis mənfəət əldə edib, vergilərdən sonra bu da kifayət qədər böyükdür və ABB-nin tarixində restruktasiya dövründəki formal mənfəəti istisna etsək, ən yüksək mənfəətdir və bu mənfəəti qoruyub saxlamağı və artırmağı nəzərdə tuturuq. Çünki hər gün müştəri sayımız durmadan artır, Həm ritel müştərilər pərakəndə müştərilər, həm korporativ müştərilərimizin sayı artır və ABB-də səmərəliliyi ön plandadır. Bizim işimizdən biri də işimizi daha səmərəli qurmaqdır. Bu da dolayısıyla bizi daha effektiv bank halına gətirir. Dolayısı və mənfəətliyimiz və səhmdarlara verəcəyimiz dəyərlər ötürəcəyimiz dəyərlər hər il getdikcə artır, bundan sonra da daha yaxşı olacaqdır.

"ABB-nin əsas səhmdarı qeyd etdiyim kimi dövlətdir. Son beş il ərzində səhmdarına və səhmdara dividend olaraq və üstəgəl vergi və digər ödənişlər olaraq 1,3 milyard manata yaxın ödənişlər edib. Bu da o deməkdir ki, ABB-nin köhnə respukurasiyadan qalma tarixçəsi artıq köhnədə qalıbdır. ABB bu gün gəlirli, mənfəətli və sağlam bir bankdır və dövlət şirkətidir" - deyə ABB Bankın sədri vurğulayıb.