Prezident bu qurumla bağlı Fərman verdi

16:23 - 11.06.2024


11 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısını təsdiq edib.

ABC.AZ xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.