Neft bahalaşır, Brent bir barel üçün $82,38 təşkil edir

09:40 - 12.06.2024


12 iyun, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti çərşənbə günü hərracda artır.

London ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti saat 09:34-ə qədər $0,46 (0,56%) artaraq bir barel üçün $82,38-a yüksəlib. İyunun 11-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin avqust fyuçersləri $0,29 (0,36%) artaraq bir barel üçün $81,92-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyul fyuçerslərinin qiyməti saat 09:34-ə qədər $0,55 (0,71%) artaraq bir barel üçün $78,45-a çatıb. 11 iyun ticarətinin nəticələrinə görə, WTI neftinin iyul fyuçerslərinin dəyəri $0,16 (0,21%) artaraq bir barel üçün $77,90-a yüksəlib.