İlk dəfə olaraq Şərqi Zəngəzur iqtisadi rayonunda iki faydalı qazıntı yatağı hərraca çıxarılır

10:31 - 12.06.2024


12 iyun, Fineko/abc.az. Bu gün ilk dəfə olaraq Şərqi Zəngəzur iqtisadi rayonunda iki faydalı qazıntı yatağı hərraca çıxarılacaq.

ABC.AZ xəbər verir ki, hərrac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral-Xammal Ehtiyatlarından İstifadə üzrə Dövlət Agentliyi tərəfindən Zəngilan rayonunun Ağalı kəndində keçiriləcək.

Hərraca çıxarılacaq yataqlar, Qubadlı rayonundakı "Hacılı" əhəngdaşı yatağı və Laçın rayonundakı "Əhmədli" təbii daş yatağıdır.