Cəbrayılda 85 mənzil tikiləcək - 13 milyon manatdan çox pul xərclənəcək

10:34 - 12.06.2024


12 iyun, Fineko/abc.az. Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu Cəbrayılda tikinti işləri bağlı tenderin nəticələrini elan edib.

ABC.AZ xəbər verir ki, tenderin qalibi “Minera” MMC olub.

Qalib şirkətlə 13 milyon 506 manat 950 manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Müqavilədə Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 85 birmərtəbəli fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulur.