Hazırda dünyanın ən varlı adamı kimdir?

10:41 - 12.06.2024


12 iyun, Fineko/abc.az. Hazırda dünyanın ən varlı adamı olan Ceff Bezosun sərvəti 209 milyard dollar, Bernard Arnaultun sərvəti isə 208 milyard dollardır. Bu iki ad arasındakı fərq cəmi 1 milyard dollardır.

ABC.AZ xəbər verir ki, "Bloomberg Milyarderlər İndeksi”nə görə, keçən illə müqayisədə Bezos sərvətini 32,4 milyard dollar artırdı, Arnault isə 1 milyard dollardan bir qədər az artım yaşadı.

Dünyanın ən varlı adamı Ceff Bezosla liderlik üçün oynayan İlon Mask rəsmən “əriyib”. Mask “Tesla”, “SpaceX” və X (keçmiş Twitter) kimi şirkətlərin baş direktoru kimi tanınır.

Lakin son vaxtlar onun sərvəti ciddi şəkildə azalıb. “Tesla”nın səhmləri ilin əvvəlindən 25,63% dəyər itirib, Maskın sərvəti isə 28,7 milyard dollar azalıb.

Bu, Maskın siyahının başından düşməsinə səbəb olub. “Tesla”nın səhmləri ucuzlaşmağa davam edərkən, “Amazon”un səhmləri 28,64% artıb.