TuranBank vakansiya elan edir

11:17 - 12.06.2024


12 iyun, Fineko/abc.az. TuranBank ASC komplayens şöbəsində kiçik mütəxəssis, mütəxəssis / aparıcı mütəxəssis üzrə vakansiya elan edir.

Son tarix 10 iyl 2024 - Müraciət et

Əsas vəzifələr:

  • Maliyyə monitorinq xidmətinə təqdim edilən məlumatların və daxil olan sorğuların hazırlanıb ötürülməsi;
  • Bankın struktur bölmələrindən daxil olan və həmçinin avtomatlaşdırılmış indikatorlar vasitəsi ilə şübhəli və qeyri-adi halların araşdırılması;
  • Şübhəli və qeyri-adi əməliyyatların nəticəsi barədə hesabatın hazırlanması;
  • Müxbir banklardan daxil olan sorğuların cavablandırılması;
  • Müvafiq departamentlərin qanunvericilik tələbləri üzrə suallarını cavablandırmaq, aidiyyəti məsələlər üzrə qanunvericilik sahəsində araşdırmalar aparmaq;
  • FATCA/CRS üzrə məlumatların toplanması, email və nəzarət olunması;

Namizədə dair tələblər:

  • Təhsil: İqtisadiyyat, maliyyə və hüquq üzrə ali təhsil;
  • Xarici dillər: İngilis dili və Rus dili ;
  • Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • İş təcrübəsi: Müştəri Xidmətlərində  və ya əməliyyatlara nəzarət sahəsində ən azı 1 illik iş təcrübəsi
  • Digər: Bank fəaliyyətinə dair Azərbaycan Respublikasının normativ hüquqi aktları, PL/TMM sahəsinə aid qanunvericik, eləcə də bu sahədə beynəlxalq standartlar üzrə biliklər;
  • Müştərilərin bank əməliyyatları ilə bağlı praktiki biliklər;
  • Analitik düşünmə, detallara fikir vermə qabiliyyəti, dəqiqlilik, məsuliyyətlilik;
  • Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı.

Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.