ABB-nin səhmlərinin İlkin Kütləvi Təklif (IPO) üsulu ilə ticarəti baş tutacaq

11:28 - 12.06.2024


12 iyun, Fineko/abc.az. 11 iyun 2024-cü il tarixində ABB-nin səhmləri üzrə abunə yazılışının başlanması ilə bağlı tədbir keçirilib.

ABC.AZ xəbər verir ki, abunə yazılışının müddəti 11.06.2024-10.09.2024 tarixi aralıqlarını əhatə edir. Sifarişlər, nominal qiymət 0,27 manatdan başlayaraq qəbul edilir. Səhmlərin minimum alış həcmi 100 ədəd, maksimum 75 000 ədəd olmalıdır.

Abunə yazılışı prosesində iştirak etmək istəyən şəxslər ABB mobil üzərindən, Bakı Fond Birjasının üzvü olan 12 investisiya şirkətləri vasitəsilə və ABB-nin bütün filiallarına yaxınlaşaraq öz sifarişlərini verə bilərlər.

Abunə yazılışı başa çatdıqdan sonra qiymətli kağızların yerləşdirilməsi Bakı Fond Birjasının ticarət platformasında həyata keçiriləcək.

Abunə yazılışı üzrə yerləşdirmə müddəti maksimum 7 iş günü təşkil edir.