Azərbaycanın cari əməliyyatlar hesabında 1,7 milyard dollar profisit yaranıb - Mərkəzi Bankın direktoru

14:31 - 12.06.2024


12 iyun, Fineko/abc.az. 2024-cü ilin birinci rübündə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabında 1.7 milyard dollar profsit yaranıb.

ABC.AZ xəbər verir ki, bunu keçirilən brifinqdə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.

O bildirib ki, ehtiyat aktivləri 116 milyon dollar artıb. Xarici ticarət balansı 2.7 milyard dollar profsitli olub. Təkrar gəlirlər balansında 180 milyon dollar profsit formalaşıb.

"Yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına 1,5 milyard dollar birbaşa xarici investisiya qoyulub, Azərbaycanın xarici ölkələrə birbaşa investisiya qoyuluşları isə 1,9 milyard  dollar təşkil edib" - deyə  AMB direktoru bildirib.