Azərbaycana ümumilikdə 1.5 milyard dollarlıq birbaşa xarici investisiya yatırılıb

14:46 - 12.06.2024


12 iyun, Fineko/abc.az.  Bu ilin birinci rübündə Azərbaycanın neft-qaz və qeyri-neft-qaz sektoruna ümumilikdə 1.5 milyard dollarlıq birbaşa xarici investisiya yatırılıb. 

ABC.AZ xəbər verir ki, bunu keçirilən brifinqdə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.

Bundan başqa, o, qeyd edib ki, yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına 1,5 milyard ABŞ dolları birbaşa xarici investisiya qoyulub, Azərbaycanın xarici ölkələrə birbaşa investisiya qoyuluşlarının repatriasiyası isə 1,9 milyard ABŞ dolları təşkil edib.