Azərbaycan hökuməti bu il 900 milyon dollarlıq qiymətli kağızı geri alıb

15:03 - 12.06.2024


12 iyun, Fineko/abc.az.  Azərbaycan hökuməti 900 milyon dollarlıq qiymətli kağızı geri alıb. 

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov brifinqdə bildirib.

Onun sözlərinə görə, cari əməliyyatlar balansındakı 1,7 milyard dollara qarşı kapital və maliyyənin hərəkəti balansında 1,6 milyard dollarlıq kəsir yaranıb.

Birmənalı olaraq bir daha deyirik ki, bu ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlarının maliyyə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlıdır. Yəni, bu dövrdə ölkəmiz böyük bir maliyyə öhdəlikləri həyata keçirilib.

"Dövr ərzində birbaşa xarici investisiyalar maddəsində 346 milyon dollarlıq kəsir yaranıb. Kəsirin yaranma səbəbi əsasən ölkəyə qoyulan birbaşa xarici investisiya qarşılığında ölkədən çıxarılan kapital repatriasiyası ilə bağlıdır. Yəni biz bayaq qeyd etdiyimiz ilkin gəlirlər balansındakı faiz repatriasiyası, birbaşa xarici investisiyalar balansında isə kapital repatriasiyası həyata keçirilir. Yəni Azərbaycana bu dövrdə 1,5 milyard dollarlıq birbaşa xarici investisiya yatırılmışdır, bunun qarşılığında ölkədən 1,9 milyard dollarlıq kapital repatriasiyası həyata keçirilib və bildiyiniz kimi kapital repatriasiyası da elə maliyyə öhdəliklərinin yerinə yetirilməsi deməkdir, maliyyə öhdəliklərinin azalması deməkdir" - deyə Mərkəzi Bank direktoru qeyd edib.