Mayda bu qidalar ucuzlaşıb - SİYAHI

15:31 - 12.06.2024


12 iyun, Fineko/abc.az.  2024-cü ilin may ayında qida məhsulları, içkilər və tütün məmulatları 0,7%, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,8% ucuzlaşıb. 

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, marqarinin, günəbaxan və qarğıdalı yağlarının, bananın, çiyələyin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, göy lobyanın, sarımsağın, baş soğanın, bahalaşma isə əsasən düyünün, unun, makaronun, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, xama və qatığın, kərə və zeytun yağlarının, limonun, almanın, ağ kələmin, süfrə çuğundurunun qiymətlərində müşahidə olunub.

Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.