Mayda bahalaşan mallar - SİYAHI

15:38 - 12.06.2024


12 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsi may ayında ucuzlaşan qidaların siyahısını tərtib edib. Sözügedən dövrdə qiyməti azalan qidalarla yanaşı, bahalaşan mallar da az olmayıb.

ABC.AZ xəbər verir ki, 2024-cü ilin may ayında qeyri-qida malları 0,2 faiz, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2 faiz bahalaşıb. May ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından daha çox bahalaşma şəxsi gigiyena məmulatlarının, sementin, yay geyimlərinin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2024-cü ilin may ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər 0,5 faiz, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz bahalaşıb. May ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən hava nəqliyyatı ilə MDB ölkələrinə beynəlxalq sərnişindaşıma xidmətlərinin, mobil telefon danışıqlarının, respublikadaxili istirahət turlarının, stomatoloji xidmətlərin, ucuzlaşma isə MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.