Taksilərlə bağlı gördüyümüz işlərin faydasını hiss edəcəyik - Nazir müavini

15:54 - 12.06.2024


12 iyun, Fineko/abc.az.  “İyulun 1-dən etibarən mövcud qanunvericiliyin tətbiqinə başlanılacaq. Tətbiq prosesi getməmişdən əvvəl taksi sürücülərini kifayət qədər məlumatlarla təmin etmişik”. 

ABC.AZ xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov Milli Məclisin komitə iclasında deyib. 

“Onlar öz fəaliyyətlərini mövcud qanunvericiliyin tələblərini uyğunlaşdırmaq üçün texniki, metodoloji və mümkün resurslar çərçivəsində dəstək xidmətlərindən yararlanırlar. Düşünürəm ki, iyulun 1-dən qanunvericiliyin tam tətbiqinə başladığımız halda hazırlıq müddətində gördüyümüz işlərin faydasını həm taksi sürücüləri, həm də dövlət qurumları olaraq hiss edəcəyik”, - deyə nazir müavini bildirib.