Əhali ərzağa 5 ayda 11 milyard manat xərcləyib

16:14 - 12.06.2024


12 iyun, Fineko/abc.az. 2024-cü ilin yanvar-may ayında pərakəndə ticarət şəbəkəsində 11 milyard 39 milyon manatlıq ərzaq məhsulları satılıb. 

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-may aylarına nisbətən 2% çoxdur.

Bu ilin ilk 5 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,4% faizi ərzaq məhsullarının alınmasına sərf olunub.