Azərbaycanda əhali 5 ayda geyimə 2.8 milyard manat xərcləyib

16:33 - 12.06.2024


12 iyun, Fineko/abc.az.  2024-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində 2 milyard 821,5 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb. 

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-may aylarına nisbətən 5% çoxdur.


Bu ilin ilk beş ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 13,1% faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.