Əhali 5 ayda 1 milyard 251,7 milyon manatlıq benzin və dizel alıb

16:46 - 12.06.2024


12 iyun, Fineko/abc.az.  2024-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 251,7 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb. 

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-may aylarına nisbətən 5% çoxdur.

Bu ilin ilk beş ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 6,1% avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.