Dərman və tibbi ləvazimatlara xərclənən vəsait azalıb

17:00 - 12.06.2024


12 iyun, Fineko/abc.az.  2024-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 251,7  milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. 

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-may aylarına nisbətən 1,4% azdır. 

Bu ilin ilk beş ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.