Azərbaycan şirkətləri Alibaba.com saytına çıxış əldə edəcək

17:23 - 12.06.2024


12 iyun, Fineko/abc.az. Yaxın zamanda Azərbaycan şirkətləri Alibaba.com saytında təmsil olunacaq. 

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı deyib.

"Bu il Alibaba.com ilə memorandum imzaladıq. Yaxın zamanda Azərbaycan şirkətlərinin məhsulları bu platformada təqdim olunacaq. İnanıram ki, bu, məhsullarımızın beynəlxalq bazara çıxması və iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni imkanlar açır", - deyə o vurğulayıb.

Xatırladaq ki, 27 fevral 2024-cü ildə AZPROMO və Alibaba.com arasında anlaşma memorandumu imzalanıb.

Anlaşma Memorandumu "Made in Azerbaijan" brendi altında Azərbaycan məhsullarının Alibaba.com elektron platforması vasitəsilə yeni ixrac bazarlarına çıxışını təmin edəcək.