Bakı Fond Birjasında "AccessBank” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

18:28 - 12.06.2024


11 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə  AccessBank QSC-nin buraxılış həcmi 2,500,000 (iki milyon beş yüz min) ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

AccessBank QSC -nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə 14 Iyun 2024-cü il tarixində həyata keçiriləcək.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "ACCESSBANK” QSC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2006004280

İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu: Rəqabətli hərrac

İstiqrazın sayı: 2500 (ədəd)

İlkin ticarət qiyməti: 1,000 ABŞ dolları

Buraxılış həcmi: 2,500,000 ABŞ dolları

İllik gəlirlilik faizi: 6%

Ödəmə Periodu: Hər 3 ayda bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə)

Tədavül müddəti: 18 ay

Ticarətə buraxılma tarixi: 14.06.2024

Anderrayter: “Unicapital İ.Ş” ASC