Qazaxıstanda cəmi beş günə ilk yaşayış binası çap olunub

18:32 - 12.06.2024


12 iyun, Fineko/abc.az. Qazaxıstanın ən böyük şəhəri olan Almatıda iki il əvvəl yaradılmış BM Partners 3D Print şirkətinin səyləri ilə Mərkəzi Asiyada 3D çap üsulu ilə ilk ev inşa edilib. 

ABC.AZ xəəbr verir ki, ev, inşaat 3D printerlərinin istehsalında dünya lideri COBOD şirkətinin avadanlıqları ilə çap olunub.

Rəqəmsal modelə uyğun olaraq divarların hörüldüyü tikinti sahəsinə xüsusi beton qarışığı verilib. 

Qarışığa sement, qum, çınqıl və D.fab xüsusi qatqı daxildir. D.fab, Qazaxıstanın kəskin kontinental iqlimində struktur gücünü təmin etmək üçün hazırlanmış COVOD və Cemex şirkətlərinin birgə layihəsidir. Genişlənmiş polistirol beton divarların istilik və səs izolyasiyası kimi istifadə edilib.
Nəticədə ev cəmi beş gündə ucaldılıb. Bir mərtəbəli 3D evin yaşayış sahəsi 100 kv m, dəyəri 21800 dollardır ki, bu da eyni sahəli adi evlərdən xeyli ucuzdur.