Məmurun avtomobilinin yerində maşın saxlayanlar cərimələnəcək

10:43 - 13.06.2024


13 iyun, Fineko/abc.az. Azərbaycanda xidməti parklanma yerlərində maşın saxlayan sürücülər cərimələnəcək.

ABC.AZ xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

Məcəlləyə təklik edilən yeni 346-1.8-ci maddəyə əsasən, xidməti zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının) istifadəsində olan və dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına məxsus olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin xidməti parklanma yerlərində parklanmasına görə 40 manat məbləğində cərimə olacaq.