Qırğızıstan parlamenti uran və torium yataqlarının işlənməsinə icazə verdi

10:48 - 13.06.2024


13 iyun, Fineko/abc.az. Qırğızıstan parlamenti respublika ərazisində yerləşən uran və torium yataqlarının işlənməsinə icazə verən qanun layihəsini təsdiqləyib.

ABC.AZ xəbər verir ki, bu barədə ölkənin qanunverici orqanının mətbuat xidməti məlumat verib.

Qanun layihəsi Respublika Nazirlər Kabinetinin təşəbbüsü ilə qəbul edilib. Qırğızıstanda uran və torium yataqlarının işlənməsi 2019-cu ildən respublikada onların ölkə ərazisində hasilatına etiraz dalğası baş verdikdən sonra qadağan edilmişdi. Bundan sonra parlament ictimaiyyətin təzyiqi altında müvafiq qanun qəbul etmək məcburiyyətində qalmışdı.

Eyni zamanda, Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov yeni qanunun ilk növbədə "uran və torium yataqlarının deyil, titanomaqnetit yataqlarının işlənməsinə" yönəldiyini vurğuladı.