İlin əvvəlindən dövlət sektorunda çalışan 2100 nəfər işdən çıxarılıb

11:13 - 13.06.2024


13 iyun, Fineko/abc.az. 2024-cü ilin əvvəlindən indiyədək Azərbayanda dövlət sektorunda 2100 işçi ixtisar edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin may ayının 1-nə ölkədə rəsmi işləyənlərin ümumi sayı 1 milyon 749,1 min nəfər olub. İlin əvvəli ilə müqayisədə bu rəqəm 7900 nəfər artıb.

Belə ki, yanvarın 1-də işləyənlərin sayı 1 milyon 841,8 min nəfər idi. İş yerlərinin artımın tamamilə özəl sektorun hesabına baş verib.

Belə ki, ilin əvvəlində özəl sektorda rəsmi işləyənlərin sayı 842,7 min nəfər idisə, ötən 4 ayda bu rəqəm 10 min nəfəər artaraq 852,7 minə çatıb.

Dövlət sektorunda çalışanlar isə azalmaqdadır. İlin əvvəlində dövlət sektorunda rəsmi müqavilə ilə işləyənlərin sayı 899,1 min nfər olduğu halda, mayın 1-də bu rəqəm 897 min nəfərə düşüb.