Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri artıb, ya azalıb?

11:26 - 13.06.2024


13 iyun, Fineko/abc.az. 2024-cü ilin yanvar-may aylarında Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 1,3 milyard manat olub.

ABC.AZ xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev X sosial şəbəkəsində məlumat yayıb.

Nazir qeyd edib ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycanın nəqliyyat üzrə gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq 5,4 milyard manat olub.