Cənubi Koreya geoloqları Qazaxıstanda litium ehtiyatları axtaracaqlar

12:20 - 13.06.2024


13 iyun, Fineko/abc.az. Koreyalı geoloqlar enerji keçid metalını — litiumu axtarmaq üçün geoloji kəşfiyyata başlayacaqlar.

ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstan Sənaye Nazirliyi Kanat Şarlapayev Qazaxıstan-Koreya biznes forumu zamanı bildirib. Nadir metallarının istehsalı sahəsində əməkdaşlığa dair bir neçə sazişin imzalanması gözlənilir.

Xatırladaq ki, 2023-cü ildə Fitch Solutions analitikləri Çin istehlakının artması səbəbindən 2025-ci ildə lityum çatışmazlığını proqnozlaşdırdılar.

Qeyd edək ki, Qazaxıstanın nadir metalların istehsalı üzrə böyük perspektivləri var. Bu ölkədə yerin təkində dünyanın volfram ehtiyatlarının 63%-i, xromun 48%-i, uranın 12%-i, gümüşün 6%-i və misin 4%-dən çoxu cəmləşmişdir.