Valyuta hərracında banklar tələbi artırıb

12:37 - 13.06.2024


13 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, iyunun 13-də keçirilən valyuta hərracında bankların tələbi 75,1 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 10,6 milyon dollar (16,43%) çoxdur.

İyunun 11-də valyuta hərracında AMB banklara 64,5 milyon dollar satıb.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.