İlin sonuna Azərbaycan Yunanıstana 1.2 milyard kubmetr qaz ixrac edəcək

14:56 - 13.06.2024


13 iyun, Fineko/abc.az. Bu ilin sonuna Azərbaycan Yunanıstana 1.2 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, bunu nazir Pərviz Şahbazov bu gün keçirilən Azərbaycan və Yunanıstan arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasında bildirib.

Onun sözlərinə görə, ötən il Yunanıstanın qaza tələbatının təxminən 18%-i məhz Azərbaycanın “mavi yanacağı” hesabına təmin edilib.

P. Şahbazov bildirib ki, Avropaya 3.5 il ərzində tədarük edilən 36.8 milyard kubmetr qazın 3.6 milyard kubmetrdən çoxu və ya 10%-i Yunanıstanın payına düşüb:

İclasda iki ölkə arasında ticarət dövriyyəsinin ötən il 1.4 milyard ABŞ dolları təşkil etdiyi, Cənub Qaz Dəhlizinin Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyində mühüm rol oynadığı vurğulanıb. Azərbaycan qazının Trans-Adriatik Boru Kəməri (TAP) və Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə Avropada təchizatın şaxələnməsinə və dekarbonizasiyaya töhfələri qeyd edilib.