Bank səhmdarı olan şirkətin kapitalı 103 milyon manata qədər artırılıb

15:03 - 13.06.2024


13 iyun, Fineko/abc.az. Azərbaycanda bank səhmdarı olan “Azbizneskom” MMC-nin nizamnamə kapitalı kəskin artırılıb.

ABC.AZ xəbər verir ki, “Azbizneskom” MMC-nin nizamnamə kapitalı 5 000 manatdan 103 225 400 manata qaldırılıb. Bu da son müddətdə kapitala 103 220 400 manat əlavə kapital qoyuluşdur.

“Azbizneskom” MMC 2008-ci ildə təsis edilib. Şirkətin rəhbəri Rizvan Baxşiyev Həmid oğludur.

O, Azərbaycanda fəaliyyətdə “Bank Avrasiya” ASC-nin 50 mln. manatlıq səhmlərinin 25%-nə sahibdir.