Azərbaycana ən çox hansı ölkələrdən gəlirlər?

15:16 - 13.06.2024


13 iyun, Fineko/abc.az. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-may aylarında Azərbaycan Respublikasına dünyanın 179 ölkəsindən 965,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Gələnlərin 28,8 faizi Rusiya Federasiyası, 18,2 faizi Türkiyə, 9,4 faizi Hindistan, 9,3 faizi İran, 4,3 faizi Gürcüstan, 3,0 faizi Qazaxıstan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,3 faiz olmaqla Türkmənistan, Çin və Küveyt, 1,2 faizi Belarus, 12,2 faizi digər ölkələrin vətəndaşları olmuşdur.

Gələnlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil edib.

ABC.AZ xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 2,8 dəfə, Hindistandan – 2,6 dəfə, Cənubi Koreyadan – 2,2 dəfə, Qazaxıstandan – 1,8 dəfə, Filippindən – 1,8 dəfə, İspaniyadan – 1,7 dəfə, Səudiyyə Ərəbistanından – 1,7 dəfə, Tacikistandan – 1,7 dəfə, Qırğızıstandan – 1,7 dəfə, Bəhreyndən – 1,7 dəfə, Omandan – 1,6 dəfə, İrandan – 1,5 dəfə, Türkmənistandan – 42,6 faiz, Pakistandan – 42,4 faiz, İtaliyadan – 42,4 faiz, Küveytdən – 41,2 faiz, Yəməndən – 39,7 faiz, İordaniyadan – 36,0 faiz, Misirdən – 33,5 faiz, Polşadan – 33,4 faiz, Almaniyadan – 25,2 faiz, Ukraynadan – 23,3 faiz, Türkiyədən – 23,1 faiz, Özbəkistandan – 23,0 faiz, Rusiya Federasiyasından – 20,3 faiz, ABŞ-dan – 19,5 faiz, Fransadan – 15,9 faiz, Gürcüstandan – 12,4 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 12,0 faiz artıb.

2023-cü ilin yanvar-may ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 156,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 31,1 faiz artaraq 37,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 24,0 faiz artaraq 367,8 min nəfər olub.

Müəllif: Elmir Murad