15:24 - 13.06.2024
13 iyun, Fineko/abc.az. 2024-cü ilin yanvar-may aylarında Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,5 faizi hava, 27,1 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 27,5 faiz artaraq 808,1 min nəfər olmuşdur.
İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 39,4 faiz, Türkiyəyə gedənlərin sayı 27,1 faiz, Gürcüstana gedənlərin sayı 21,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 14,9 faiz artmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 38,9 faizi Türkiyəyə, 21,9 faizi Rusiya Federasiyasına, 8,9 faizi Gürcüstana, 8,6 faizi İrana, 21,7 faizi digər ölkələrə səfər etmişdir.
Gedənlərin 67,3 faizini kişilər, 32,7 faizini qadınlar təşkil edib. 2024-cü ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,7 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
6 Dekabr 2024
6 Dekabr 2024
6 Dekabr 2024
6 Dekabr 2024
4 Dekabr 2024
4 Dekabr 2024
4 Dekabr 2024