“MPAY” QSC-nin nizamnamə kapitalı ilə bağlı yeni qərar

16:08 - 13.06.2024


13 iyun, Fineko/abc.az. “MPAY” QSC-nin nizamnamə kapitalı artırılıb.

ABC.AZ-ın məlumatına görə, “MPAY” QSC-nin nizamnamə kapitalı 2 min manatdan 1 milyon manata qaldırılıb.

Xatırladaq ki, MPAY QSC şirkəti hazırda MPAY brendi altında MPAY.az elektron pul qabı/onlayn ödəniş platformasını və ödəniş terminallarını idarə edir. Şirkətin qanuni təmsilçisi Mətləb Vəliyevdir.