Bu ölkənin Azərbaycana birbaşa investisiya qoyuluşu 3,5 dəfə artıb

16:21 - 13.06.2024


13 iyun, Fineko/abc.az. Azərbaycan iqtisadiyyatına 2024-cü ilin birinci rübündə  1,5 milyard dollar həcmində xaricdən birbaşa investisiyalar cəlb edilib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, ölkə iqtisadiyyatına ən çox sərmayə edən ölkələr arasında ilk üçlükdə Birləşmiş Krallıq, Türkiyə və Kipr yer alıb.

Lakin bu ölkələrdən Azərbaycana yatırılan investisiyaların həcmində azalma müşahidə edilib.

Başqa ölkələrə nəzər saldıqda isə sərmayələrin həcmində olan artımla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) diqqət çəkir.

Zəngin neft ölkəsi olan  Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycan iqtisadiyyatına 2024-cü ilin birinci rübü ərzində 190 milyon 686 min dollar investisiya yatırıb.

Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə başqa sözlə 136 milyon 343 min dolları qədər çoxdur.

Qeyd edək ki, 2023-ci ilin birinci rübündə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizə  investisiya qoyuluşu 54 milyon 343 min dollar təşkil edib.