“OpenAI”-ın gəlirləri sürətlə artır

16:39 - 13.06.2024


13 iyun, Fineko/abc.az. “ChatGPT” sayəsində “OpenAI”-ın gəlirləri sürətlə artıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, son hesabata görə, “OpenAI”nin illik gəliri 3,4 milyard dollardır.

Bu rəqəmin 2023-cü ildə 1,6 milyard, 2022-ci ildə isə 1 milyard dollar olacağı bildirilir.

Məlumatlara görə, “OpenAI” gəlirlərinin böyük hissəsini məhsul və xidmətlərindən əldə edir.

Məlum olduğu kimi, “ChatGPT”nin plus versiyasının aylıq xidməthaqqı 20 dollardır.

Gəlirlərin əhəmiyyətli hissəsi buradan gəlir.