Bakının bu ərazisindəki kafe və ət dükanları sökülür

16:52 - 13.06.2024


13 iyun, Fineko/abc.az. Bakının Yasamal rayonu ərazisində fəaliyyət göstərən kafelər və ət dükanları sökülür.

ABC.AZ xəbər verir ki, söküntü üçün əraziyə nümayəndələr gəlib, orada fəaliyyət göstərən kafe-kababxanaları sökməyə başlayıblar.

Qeyd edək ki, M.Xiyabani küçəsində fəaliyyət göstərən kafelər əsasən Füzuli və Cəbrayıl rayonundan olan məcburi köçkünlər tərəfindən inşa edilərək fəaliyyət göstərirdi.

Ərazi uzun illər idi ki, “Ətçilər” kimi tanınırdı. (Oxu.az)