Bakı metrosu 3 ayda 21 milyon manata yaxın gəlir əldə edib

16:58 - 13.06.2024


13 iyun, Fineko/abc.az. 2024-cü ilin ilk rübündə Bakı metrosu sərnişindaşımadan 20 milyon 822,5 min manat gəlir əldə edib. 

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2023-ci ilin I rübü ilə müqayisədə 2 milyon 183,5 min manat və ya 11,7% çoxdur.

2023-ci ilin eyni dövründə Bakı metrosu 18 milyon 639 min manat gəlir əldə etmişdi.