Co Bayden kriptovalyutada ianə qəbul etmək imkanını müzakirə edir

17:01 - 13.06.2024


13 iyun, Fineko/abc.az. ABŞ-ın hazırkı prezidenti Co Baydenin Administrasiyası kriptovalyutada ianə qəbul etmək imkanını müzakirə edir.

ABC.AZ xəbər verir ki, Bayden komandası, Amerikanın ən iri kripto birjasına məxsus Coinbase Commerce ödəmə xidməti vasitəsi ilə kripto entuziastlardan ianə almaqda maraqlıdır. Coinbase Commerce artıq ABŞ-ın sabiq prezidenti Donald Trampın administrasiyası ilə eyni sxem üzrə işləyir.

Beləliklə, Co Bayden noyabrın 5-nə planlaşdırılan ABŞ prezident seçkiləri ərəfəsində rəqəmsal aktivləri dəstəkləyən seçiciləri cəlb etməyə çalışır. Mənbələr həmçinin əlavə ediblər ki, Bayden Administrasiyası seçkiqabağı büdcəni kriptovalyutanın varlı tərəfdarlarının vəsaiti hesabına doldurmaq imkanını nəzərdən keçirir.