Almaniya hökuməti 52 ölkənin borcunu sildi - Siyahıda Azərbaycan yoxdu

17:04 - 13.06.2024


13 iyun, Fineko/abc.az. 2000-ci ildən iniyənə kimi, Almaniya 52 ölkədən ümumilikdə 15 milyard 800 milyon avro borcunu silib.

ABC.AZ xəbər verir ki, sözügedən məlumatı Almaniyanın Maliyyə Nazirliyi yayıb.

Məlumatda qeyd edilib ki, ən çox bağışlanan borc 4,7 milyard avro ilə İraqın borcudur.

Edilən razılaşmalarla Nigeriyanın 2,4 milyard avro, Kamerunun isə 1,4 milyard avroluq borcu silinib.

Nazirlik həmçinin 70 ölkə və bölgənin 2023-cü ilin sonuna qədər Almaniyaya cəmi 12,2 milyard avro borcu olduğunu açıqlayıb.

Müəllif: Elmir Murad