Avropada inflyasiya yenidən sürətlənə bilər

17:15 - 13.06.2024


13 iyun, Fineko/abc.az. Avropada inflyasiya müvəqqəti olaraq yenidən sürətlənə bilər.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü və Estoniya Mərkəzi Bankının sədri Madis Müller bildirib.

O qeyd edib ki, Avropa Mərkəzi Bankı hələ də 2%-lik inflyasiya hədəfinə çatmayıb.

Onun sözlərinə görə, “Avrozona”da inflyasiyanın yenidən sürətlənmə ehtimalı çox yüksəkdir.

Digər tərəfdən Müller, inflyasiya hədəfinə çatmaq üçün uçot dərəcələrinin bir müddət orta səviyyənin üzərində qalmasının lazım olacağını bildirib.