Pekin ABŞ-dan Rusiyaya qarşı sanksiya təzyiqlərini dayandırmağı tələb edir

17:34 - 13.06.2024


13 iyun, Fineko/abc.az. Pekin ABŞ-ın Çin şirkətlərinə də təsir edən Rusiyaya qarşı yeni sanksiyalarını pisləyir.

ABC.AZ xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian bildirib. Qurum ABŞ-dan Rusiya ilə iqtisadi əlaqələrə görə sanksiyaların dayandırılmasını tələb edib.

“Biz israr edirik ki, Birləşmiş Ştatlar qanunsuz birtərəfli sanksiyalardan sui-istifadəni dərhal dayandırsın. Çin öz şirkətlərinin və fərdi şəxslərin qanuni hüquqlarını qorumaq üçün lazımi tədbirləri görəcək”, - deyə qurum müraciət edib.