"Akkuyu" AES-in tikintisinin dəyəri təxminən 24-25 milyard dollardır

22:35 - 13.06.2024


13 iyun, Fineko/abc.az. Rusiyanın "Rosatom" dövlət korporasiyası xaricdə 39, ölkə daxilində isə daha 7 Atom enerji bloku tikir. 

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinə Dövlət Korporasiyasının baş direktoru Aleksey Lixaçyov Elm və Təhsil Şurasının iclasında məlumat verib.

“Rosatom” rəhbərinin sözlərinə görə, Türkiyədə dövlət korporasiyasının inşa etdiyi "Akkuyu" AES-in tikintisinin dəyəri təxminən 24-25 milyard dollardır. Bununla yanaşı, Lixaçyov qeyd edib ki, tikintinin maliyyələşdirilməsi hələ ki tamamilə Rusiya tərəfinin hesabına gedir.
"Akkuyu" Türkiyədə inşa edilən ilk atom elektrik stansiyasıdır. Layihə, 3 + nəsil ВВЭР Rusiya dizayn reaktorları ilə dörd enerji blokunun inşasını nəzərdə tutur. AES-in hər bir enerji blokunun gücü 1 200 MVt təşkil edəcək.