Neft ucuzlaşır, Brent bir barelə 82,39 təşkil edir

09:30 - 14.06.2024


14 iyun, Fineko/abc.az. Cümə günü keçirilən hərraclarda etalon markaların qiyməti aşağı düşür.

London ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti 09: 21-ə qədər 0,36 (0,44%) azalaraq bir barel üçün 82,39-a düşüb. İyunun 13 - də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin avqust fyuçersləri 0,15 (0,18%) artaraq bir barelə 82,75-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyul fyuçerslərinin dəyəri 09:21-ə qədər 0,43 (0,55%) azalaraq bir barel üçün 78,19-a düşüb. İyunun 13 - də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçerslərinin qiyməti 0,12 (0,15%) artaraq bir barel üçün 78,62-a çatıb.

Cari həftənin nəticələrinə görə, neftin qiyməti təxminən 3,5% artıb.